İ.T. - Proqramlaşdırma

I.T. - Proqramlasdirma

Rəqəmsal dünya heç vaxt bu qədər əlçatan olmamışdı. Müasir dövrdə professional İT kursları bütün dünyada ən çox tələbat olunan sahələrdən biridir.

Əsas məqsədimiz sizi informasiya texnologiyaları kursları vasitəsilə gələcəyin mütəxəssisi kimi formalaşdırmaqdır. Təqdim etdiyimiz intensiv və praktikaya əsaslanan proqramı bitirdikdən sonra İT mütəxəssisi olaraq karyeranıza başlaya bilərsiniz.

Kurs çərçivəsində sizə müxtəlif proqramlaşdırma və informasiya texnologiyaları üzrə ixtisaslaşmış təlimlər təqdim olunur.

Dərslərin üstünlükləri:

  • Dərslər həftədə 3 dəfə, hər biri 60 dəqiqə olmaqla keçirilir

  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatlı və təcrübəli müəllimlər tərəfindən tədris olunur

  • Xüsusi metodikaya əsaslanan dərslər nəzəri biliklərlə yanaşı praktik bacarıqların inkişafına yönəlmişdir

  • Dərs qrafiki tələbəyə uyğunlaşdırılır

  • Kursu uğurla bitirən tələbələr rəsmi sertifikatla təmin olunur

  • Keyfiyyətə 100% zəmanət verilir

  • İlk dərs sınaq dərsi olaraq ödənişsiz təqdim olunur

Kurs poqramı haqqında

JavaScript
Veb-saytlarda dinamikliyi artırmaq, animasiyalar, interaktiv slaydlar və müxtəlif funksionallıqlar yaratmaq üçün istifadə olunur. İstənilən müasir veb-proqramlaşdırma üçün əsas dillərdən biridir.

jQuery
JavaScript-in frameworkudur (yığcam forması). Kodların yazılmasını sadələşdirir və qısaldır. Lakin jQuery istifadə edərkən JavaScript-in məntiqini bilmək mütləqdir, çünki jQuery də JavaScript üzərində işləyir.

HTML
Saytların skeleti hesab olunur. Yazılar, cədvəllər, qeydiyyat formaları və digər məzmunlar HTML vasitəsilə əlavə olunur.

Qeyd: HTML proqramlaşdırma dili hesab edilmir, çünki orada alqoritm yazılmır.

CSS3
HTML-də yazılmış elementlərə dizayn və vizual effektlər əlavə etmək üçün istifadə olunur. Rənglər, ölçülər, fonlar, animasiyalar və ən əsası responsiv dizayn (saytın mobil telefon və planşetlərdə uyğun görünməsi) CSS3 vasitəsilə yaradılır.

Bootstrap
CSS-in frameworkudur. Hazır class-lar üzərində işləyir və dizayn prosesini asanlaşdırır. Daha qısa zamanda, hazır komponentlərdən istifadə etməklə mobil uyğun veb-saytlar yaratmaq mümkündür.

PHP
Server tərəfində işləyən proqramlaşdırma dilidir. Saytın admin panelinin hazırlanması, istifadəçinin görmədiyi kodların işlənməsi, verilənlər bazası ilə əlaqə, e-mail göndərilməsi, mesajlaşma qutularının yaradılması və digər dinamik funksiyalar PHP vasitəsilə həyata keçirilir.

MySQL
Verilənlər bazası sistemidir. İstifadəçilərin bütün məlumatlarının saxlanması, idarə olunması və çağırılması MySQL vasitəsilə aparılır. Məsələn, qeydiyyat zamanı istifadəçi məlumatlarının sistemdə yadda saxlanılması və sonradan çağırılması MySQL-in funksiyasıdır.


✨ Bu proqramı uğurla bitirən tələbə tam funksional veb-saytların hazırlanması, dizaynı və idarə olunması bacarıqlarına yiyələnəcək.

Qiymət cədvəli | WEB PAKET TƏLİMİ
WEB PAKET TƏLİMİ
TƏLİMİN ADI MÜDDƏTİ QRUP QİYMƏTİ FƏRDİ QİYMƏTİ
HTML5 1 ay 120 AZN 350 AZN
CSS3 2 ay 120 AZN 350 AZN
Bootstrap 1 ay 120 AZN 350 AZN
JavaScript 2 ay 120 AZN 350 AZN
JQuery 1 ay 120 AZN 350 AZN
PHP 7 3 ay 120 AZN 350 AZN
mySQL 2 ay 120 AZN 350 AZN
Qiymət cədvəli | IT TƏLİMİ
IT TƏLİMİ
TƏLİMİN ADI MÜDDƏTİ QRUP QİYMƏTİ FƏRDİ QİYMƏTİ
Hardware /texniki təmir 1 ay 130 AZN 200 AZN
Sofware/program təminatı 2 ay 120 AZN 200 AZN
JQuery 1 ay 150 AZN 350 AZN
PHP 7 3 ay 150 AZN 350 AZN
mySQL 2 ay 150 AZN 350 AZN