Kurikulum - Məktəbəqədər hazırlıq
Aşağıda qeyd olunan faktorlar məktəbəqədər hazırlığı hər bir uşaq üçün zəruri edir:
- 1-ci sinifə keçərkən, uşağlar məktəbdə təhsil almağa hazır olub-olmadığlarını yoxlamaq üçün imtahan verirlər. Məktəbəqədər hazırlıq onları bu imtahana hazırlayır.
- 3-6 yaşlı uşağın beyni hər növ informasiyanın qəbulu üçün açıqdır. Məktəbəqədər hazırlıq dərslərini tədris edən müəllimlər bundan istifadə edərək, uşağa vacib məlumatları çatdırırlar və təkamülü doğru istiqamətləndirirlər.
- Məktəbəqədər hazırlığa gələn həmyaşıdları uşağın çevrəsini təşkil edir. Onlarla ünsiyyət uşağın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.
3-6 yaşlılar üçün məktəbəqədər hazırlıq dərslərimiz Azərbaycan və Rus bölmələrini əhatə edir. Müəllimlərimiz uşaqlarla kommunikasiyaya xüsusi diqqət yetirir. Uşaqların materialı asanlıqla qavraması və təhsilə marağı itməməsi üçün dərslərdə müxtəlif vəsaitlərdən istifadə olunur.
Mərkəzimizdə məktəbəqədər hazırlıq üzrə aşağıdakı fənlər keçirilir.
- Ana dili
- Riyaziyyat
- Məntiq
- Rus dili
- İngilis dili
Nitq inkişafı və dünyagörüşünün artırılması üçün xüsusi praktikalar mövcuddur.
Uşağın tərəqqisinin səviyyəsini müəyyənləşdirmək məqsədi ilə hər ay sınaq imtahanları keçirilir.
Dərslərin övladınıza uyğun olduğuna əmin olmaq üçün 60 dəqiqəlik ödənişsiz dərsə dəvətlisiniz.
Aylıq ödəniş |
|||||
Qrup şəklində |
həftədə 3 gün |
60 dəqiqə |
ayda 12 saat |
80 AZN |
|
Fərdi hazırlıq |
həftədə 3 gün |
60 dəqiqə |
ayda 12 saat |
120 AZN |